Stoykoviç Azərbaycan millisiylə matç haqda: “Oyunu ciddiyə alırıq”
Futbol üzrə Serbiya yığmasının baş məşqçisi Draqan Stoykoviç DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“Futbol çox dəyişib, hamı yaxşı futbol sərgiləyir. Qarşıdakı matçda da qələbə qazanmaq lazımdır. Amma bu, heç də asan deyil. Futbolda hər şey önəmlidir. Ən əsası isə yaxşı oynamaq və qalib gəlməkdir. Kifayət qədər hücumçu ilə oynayacağıq. Oyunu ciddiyə alırıq. Bu, hər baxımdan ən əhəmiyyətli matçlardan biridir. Azərbaycan millisi bizə problem yarada biləcək yaxşı komandadır”.
Sabah baş tutacaq Serbiya – Azərbaycan matçına Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.
Bizi Facebook-da izləyin