Azərbaycan birinciliyinin daha bir qalibi bilindi

May ayının 25-27-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən yeniyetmələr arasında ağır atletika üzrə Azərbaycan birinciliyi davam edir.

Komanda.az xəbər verir ki, yarışda iştirak üçün ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri təmsil edən rekord sayda – 150-yə yaxın gənc atlet qeydiyyatdan keçib.

Oğlanlar arasında 61 kq çəki dərəcəsində qaliblərin adına aydınlıq gəlib. Toplam 212 kq (97+115) nəticə göstərən Amin Osmanov bütün rəqiblərini üstələyib və qızıl medala sahib çıxıb. Sonrakı pillələri müvafiq olaraq, toplam 199 kq (90+109) nəticə ilə Orxan İmanova və toplam 198 kq (93+105) nəticə ilə Ramiz Kazımov tutublar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button