Azərbaycan birinciliyində ilk qaliblər bəlli oldu

Bu gün Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyinə start verilib.

Komanda.az xəbər verir ki, yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edir.

Körpücük üzərinə ilk olaraq yaşı 15 və 17-yə qədər olan qızlar çıxıblar. Qaliblər mütləq çəkidə Sinkleyr cədvəlinə əsasən müəyyən edilib. Yaşı 15-ə qədər olan qızların mübarizəsində toplam 146 kq (65+81) nəticə və 190.4 xalla Fidan Mirzəzadə qalib gəlib. Sonrakı yerləri müvafiq olaraq toplam 112 kq (47+65) nəticə və 187.8 xalla Selcan Qarayeva, toplam 117 kq (52+65) nəticə və 166.3 xalla Fazilə İmanova tutublar.

Yaşı 17-yə qədər olan qızların yarışında isə çempion adına toplam 140 kq (61+79) nəticə və 192.1 xalla Anna Opanasyuk layiq görülüb. Gümüş medalı toplam 111 kq (50+61) nəticə və 180.2 xalla Günel Muxtarlı, bürüncü isə toplam 108 kq (48+60) nəticə və 141.5 xalla Çinarə İbrahimli qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button