Azərbaycan birinciliyində daha 3 çempion müəyyənləşdi
Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyində ikinci yarış gününə start verilib.
Komanda.az xəbər verir ki, yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edir.
İlk olaraq yaşı 15-ə qədər olan oğlanlarda çəkisi 67, 73 və 81 kq-a qədər olan atletlər körpücük üzərinə qalxıblar. 67 kq çəki dərəcəsində toplam 230 kq (105+125) nəticə ilə Nurlan Məmmədzadə, 73 kq çəki dərəcəsində toplam 200 kq (90+110) nəticə ilə Əbdülmətin İsmayılov, 81 kq çəki dərəcəsində isə toplam 201 kq (88+113) nəticə ilə Zaur Hüseynov qalib adını qazanıblar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin