Azərbaycan badmintonçusu Reykyavikdə qızıl medal qazandı

Azərbaycanın qadın badmintonçusu Keişa Fatimə Zəhra İslandiyanın paytaxtı Reykyavikdəki “RSL Iceland International 2023” turnirində gümüş medal qazanıb.

Komanda.az xəbər verir ki, mübarizəyə 1/16 final mərhələsindən başlayan Keişa ilk görüşündə ukraynalı Anna Mixalkovaya 2:1 (21-12,14-21,21-13) hesabı ilə qalib gəlib.

Badmintonçu ikinci görüşündə niderlandlı Nadia Çukrini mübarizədən kənarlaşdırıb – 2:0 (23-21,21-16)

Keişa Fatimə Zəhra 1/4 finalda danimarkalı Anna Siess ilə görüşün ilk setini (21-10) qalib başa vurub. Rəqib ikinci setdə zədə səbəbindən vaxtından əvvəl mübarizəni dayandırmaq məcburiyyətində qalıb.

Yarmfinalda badmintonçu Danimarkanın digər təmsilçisi Frederike Osterqaardı 3 setin yekununda məğlub edərək finala yüksəlib – 2:1 (21-14,18-21,22-20).

Keişa həlledici görüşdə də danimarkalı badmintonçu ilə qarşılaşıb. Qarşılaşma bu dəfə də 3 set davam edib. Keişa ilk setdə rəqibinə 16-21 hesabı ilə uduzsa da, ikinci seti 21-19 hesablı üstünlüklə bitirərək görüşün taleyini son setə daşıyıb. Son setdə rəqibinə 20:22 hesabı ilə uduzan badmintonçu “RSL Iceland International 2023” gümüş medalına layiq görülüb.

Digər qadın badmintonçumuz Era Maftuha şəxsi yarışda İngiltərə və Moldovanı təmsil edən rəqiblərini məğlub edərək 1/4 finala yüksəlsə də, bürünc medalın bir addımlığında uelsli rəqibinə uduzub. Keişa Fatimə Zəhra-Era Maftuha tandemi qadın badmintonçuların qoşa yarışında Danirmarka və İslandiyanı təmsil edən badmintonçulara qalib gəlsələr də, 1/4 finalda italyan rəqiblərinə məğlub olublar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button