Azərbaycan badmintonçusu DÇ-yə qələbə ilə başladı
Azərbaycan badmintonçusu Edi Reski Dviçayo İspaniyanın Huelva şəhərində keçirilən dünya çempionatına qələbə ilə başlayıb.
Komanda.az xəbər verir ki, Edi kişi badmintonçuların şəxsi yarışında 1/32 finalda Türkiyə təmsilçisi Emre Lale ilə qarşılaşıb.
Oyun bamdintonçumuzun 2:0 (21-15,21-16) hesablı qələbəsi ilə başa çatıb.
Edi 1/16 finalda Hovard Şu (ABŞ) – Li Çeuk Yiu (Honqkonq) cütünün qalibi ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin