Azərbaycan – Avstriya oyunu serblərə tapşırıldı
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Avstriya oyununun hakimləri açıqlanıb.
Komanda.az xəbər verir ki, bu qarşılaşmanı Serbiyadan olan hakimlər briqdası idarə edəcək.
Oyunun baş hakimi Miloş Milanoviç olacaq. Ona yan xətt hakimləri Yovan Qruyiçlə Matiya Olayos Nadj kömək edəcək. Dördüncü hakim funksiyasını isə Marko Sreçkoviç yerinə yetirəcək.
Noyabrın 12-də 8-ci km stadionunda keçiriləcək Azərbaycan – Avstriya oyununa saat 21:00-da start veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin