Azərbaycan Avropa Oyunlarında daha bir “qızıl” qazanıb 

Azərbaycan kikboksçusu Fərid Ağamoğlanov Polşada təşkil olunan 3-cü Avropa Oyunlarında qızıl medal qazanıb.

Komanda.az xəbər verir ki, full-kontakt növündə 63.5 kq-da mübarizə aparan idmançı finalda İtaliya təmsilçisi Damiano Salvatore Tramontana ilə üz-üzə gəlib.

Rəqibinə aşkar üstünlüklə – 3:0 qalib gələn kikboksçu fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bu, Avropa Oyunlarında Azərbaycan komandasının üçüncü qızıl medalı olub. Daha əvvəl karateçilər İrina Zaretska (68 kq) və Tural Ağalarzadə (67 kq) hamıdan güclü olmağı bacarıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button