Azərbaycan Avropa Oyunlarında 10-cu oldu
Belarusun paytaxtı Minskdə keçirilən 2-ci Avropa Oyunları başa çatıb.
Komanda.az xəbər verir ki, Azərbaycan millisi Avropa Oyunlarını 5 qızıl, 10 gümüş, 13 bürünc medalla başa vurub.
Bütövlükdə 28 medal qazanan Azərbaycan yarışı 10-cu pillədə bitirib. Ümumilikdə 200 dəst medala 43 ölkə təmsilçiləri yiyələnib. Onlardan cəmi 34-ü qızıl medal sevinci yaşaya bilib.
Medal sıralamasına Rusiya başçılıq edir. 4 il əvvəl Bakıda keçirilən ilk Avropa Oyunlarında olduğu kimi, yenə şimallılar birinci olub. İkinci yeri isə yenə meydan sahibləri tutublar. Bu dəfə Belarus bu uğura imza atıb. Ukrayna isə ilk “üçlüy”ü qapayıb.
İlk “altılıq”da növbəti yerləri İtaliya, Hollandiya və Almaniya tutub. Daha üç milli – Gürcüstan, Fransa və Böyük Britaniya da Azərbaycan yığması kimi ilk “onluq”da qərarlaşıb.
Bizi Facebook-da izləyin