Azərbaycan avarçəkənlərinin qazancı – 14 medal
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Prezident Kuboku-2023” beynəlxalq reqatasında yarışlara yekun vurulub.
Komanda.az xəbər verir ki, Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutan son gündə Azərbaycan idmançıları 5 medal qazanıblar.
2009-2010-cu il təvəllüdlü oğlanların mübarizəsində Vacib Babayev və Nihad Rəhimov cütlüyü iki nəfərlik kayakla 200 metr məsafəyə yürüşdə bütün rəqiblərini qabaqlayıb. Sahib Əyyubzadə – Nuran Rəhimli dueti üçüncü olub.
2005-2006-cı il təvəllüdlü oğlanların 2 nəfərlik kayakla eyni məsafəyə yarışında isə Maarif Qarayev – Rüfət Rəhimov cütlüyü ikinci, Emil Allahverdiyev – Amil Süleymanov dueti üçüncü yeri tutublar.
Nəhayət, akademik avarçəkmə üzrə 1 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə Tunar Cəfərli fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Beləliklə, Azərbaycan avarçəkənləri “Prezident Kuboku-2023” beynəlxalq reqatasını 14 medalla (2 qızıl, 3 gümüş, 9 bürünc) başa vurublar.
Bizi Facebook-da izləyin