Azərbaycan avarçəkənləri Gürcüstandan 4 medalla qayıdırlar
Gürcüstanın Mtsxeta şəhərində avarçəkmənin kayak və kanoe növləri üzrə açıq birincilik keçirilib.
Komanda.az xəbər verir ki, təşkilatçı ölkə ilə yanaşı, Azərbaycan və Ermənistan komandalarının iştirak etdiyi turnirdə ümumilikdə 50 idmançı mübarizə aparıb.
Ölkəni bu yarışda məşqçi Mirnazim Cavadovun rəhbərliyi ilə 5 gənc avarçəkən təmsil edib. Ceyhun Vəlixanov və Rüfət Rəhimov 1 nəfərlik kayak qayığında 200 metr məsafəyə yürüşlərdə yarışı mükafatçılar sırasında başa vurub. Hər iki idmançı gümüş medala sahib çıxıb.
Həmçinin, Elmir Məmmədov 1 nəfərlik kanoe qayığında 200 metr məsafədə, Ramil Mustafayev və Rüfət Rəhimov isə 2 nəfərlik kayak qayığında 200 metr məsafədə ikinci yerə layiq görülüb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin