Azərbaycan avarçəkəni Universiadada “bürünc” qazanıb
Azərbaycan avarçəkəni Bəhmən Nəsiri Çinin Çendu şəhərində keçirilən Ümumdünya Yay Universiadasında bürünc medal qazanıb.
Komanda.az xəbər verir ki, bir nəfərlik akademik avarçəkmə qayığında 2000 metr məsafədə yarışan idmançı üçüncü yeri tutub.
Təsnifat və yarımfinal mərhələlərini birinci yerdə başa vuraraq A finalında yarışmaq hüququna yiyələnən Nəsiri həlledici yürüşdə çempionluğu son anda əldən verib. Qalib fotofinişlə müəyyən edilib.
Eyni növdə yüngül çəkidə mübarizə aparan Ziya Məmmədzadə isə B finalında üçüncü nəticə göstərib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin