
Azərbaycan atleti Veteranların Avropa Oyunlarında 2 medal qazanıb
Azərbaycan atleti Sadıq Sadıqov Finlandiyanın Tampere şəhərində keçirilən Veteranların Avropa Oyunlarında iki medal qazanıb.
Komanda.az xəbər verir ki, 65 yaş kişilər kateqoriyasında mübarizə aparan idmançı 400 m məsafəyə yarışda ikinci olub.
O, 1500 m məsafəyə qaçışda isə bütün rəqiblərini qabaqlayaraq, fəxri kürsünün ən üksək pilləsinə qalxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin