
Azərbaycan atleti Türkiyədəki turnirdə gümüş medal qazanıb
Azərbaycan atleti Yekaterina Sarıyeva Türkiyənin İstanbul şəhərində keçirilmiş beynəlxalq turnirdə gümüş medal qazanıb.
Bu barədə Komanda.az-a Azərbaycan Atletika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Üçtəkanla tullanmada mübarizə aparan idmançı 13.38 metr nəticə ilə ikinci yeri tutub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin