Azərbaycan atleti Afrika çempionatının qalibi oldu

Tunisin paytaxtı Tunis şəhərində keçirilən ağır atletika üzrə 33-cü Afrika çempionatına start verilib.

Komanda.az xəbər verir ki, bu yarışda Azərbaycan yığma komandasının üzvləri də iştirak edirlər.

Bu gün onlardan ilk olaraq Nazilə İsmayılova körpücük üzərinə çıxıb. O, 45 kq çəki dərəcəsində mübarizə aparıb. Atletimiz uğurlu çıxışla yadda qalıb.
Nazilə birdən qaldırma hərəkətində 60, təkanla qaldırma hərəkətində 72 kq çəkini ram edib, toplam 132 kq (60+72) nəticə göstərib.

Bu nəticə ilə o, bu çəki dərəcəsində həm birdən, həm təkanla qaldırma hərəkətləri, həm də toplamda qalib olub.

Azərbaycan yığmasının başqa qitənin çempionatında çıxışına səbəb bu ilin aprelində İrəvanda keçirilən Avropa çempionatında məlum səbəblərdən iştirak edə bilməməsidir. Tunisdə təşkil olunan yarış da Paris 2024 Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır və Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən Azərbaycan komandasına alternativ imkan kimi bu turnirdə qüvvəsini sınamaq təklif olunub. Azərbaycan Ağır Atletika Federasiyası bu təklifi qəbul edib. İrəvanda yarışa bilməyən idmançılarımız Tunisdə körpücük üzərinə çıxacaq və əldə etdikləri nəticələr Olimpiya təsnifat sistemində qeydə alınacaqdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button