Azərbaycan atıcılarının Avropa Oyunlarındakı uğursuzluğu davam edir
Azərbaycan atıcıları Polşada keçirilən 3-cü Avropa Oyunlarında növbəti çıxışlarını ediblər.
Komanda.az xəbər verir ki, Regina Meftahətdinova və Nurlana Cəfərova skit növündə, Nigar Nəsirova isə 25 metr məsafədən tapança ilə atəşaçmada qüvvəsini sınayıb.
Meftahədinova 125 hədəfdən 115-ni, N.Cəfərova 109-nu dəqiq nişan alıb. Onlar növbəti mərhələyə yüksələn 8 idmançı sırasına düşə bilməyiblər.
Nəsirova isə 282 xal toplayaraq, 35 iştirakçı arasında 30-cu yeri tutub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin