Azərbaycan atıcıları Dünya Kubokunda çıxış edəcəklər

Azərbaycan atıcıları Nigar Nəsirova və Ruslan Lunyov Misirin paytaxtı Qahirədə keçiriləcək Dünya Kubokunda çıxış edəcəklər.

Komanda.az xəbər verir ki, Ruslan Lunyov kişilər arasında 10 m məsafədən pnevmatik tapança və 25 m məsafədən tapança ilə sürətli atəş açmada qüvvəsini sınayacaq.

Nigar Nəsirova isə qadınlar arasında 10 m məsafədən pnevmatik tapança və 25 metr məsafədən standart tapança ilə atəş açma yarışlarında mübarizə aparacaq.

Onlar həmçinin 10 m məsafədən pnevmatik tapança ilə atəş açma üzrə qarışıq komanda yarışlarında iştirak edəcəklər. İdmançılarımız mübarizəyə yanvarın 26-da qoşulacaqlar.

Bu gün startı veriləcək Dünya Kubokuna fevralın 1-də yekun vurulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button