Azərbaycan akrobatlarından dünya kubokunda 2 gümüş medal

Azərbaycan akrobatları Polşanın Jeşuv şəhərində keçirilmiş dünya kubokunda iki gümüş medal qazanıblar.

Bu barədə Komanda.az-a Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Qarışıq hərəkətlər proqramında Abdulla Əl-Məşayxi, Seymur Cəfərov, Riad Səfərov və Rəsul Seyidli ibarət kişi qrupu 29.070 xalla, Daniel Abbasov-Murad Rəfiyev cütlüyü isə 28.730 xalla ikinci yeri tutaraq gümüş medala sahib çıxıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button