Azərbaycan ağırlıqqaldıranlarının Ermənistandakı yarışda çıxış edəcəkləri tarixlər məlum olub
Azərbaycan ağırlıqqaldıranlarının Ermənistanın paytaxtı Yerevanda keçiriləcək Avropa çempionatında çıxış edəcəkləri tarixlər məlum olub.
Komanda.az Avropa Ağırlıqqaldırma Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, ilk olaraq körpücük üzərinə Nazilə İsmayılova (49 kq) çıxacaq. O, aprelin 15-də qüvvəsini sınayacaq.
Kişilərin yarışında 67 kq çəkidə çıxış edəcək İsa Rüstəmov aprelin 17-də, 73 kq-dakı Ömər Cavadov aprelin 18-də, 102 kq-dakı Əli Şükürlü aprelin 22-də mübarizə aparacaq.
Avropa çempionatı 15-23 apreldə keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin