Azərbaycan millisi Avropa çempionatını 9 medalla başa vurdu

Ağırlıqqaldırma üzrə Azərbaycan yığması Albaniyanın Dürres şəhərində 20 və 23 yaşadək gənclər arasında keçirilən Avropa birinciliyini 9 medalla (3 qızıl, 4 gümüş və 2 bürünc) başa vurub.

Komanda.az xəbər verir ki, sonuncu yarış günündə 20 yaşadək idmançıların mübarizəsində Əli Şükürlü (109 kq) birdən qaldırmada 161 kq-ın öhdəsindən gələrək bürünc medala sahib çıxıb.

O, təkanla hərəkətdə 189 kq-ı ram edərək 6-cı yeri tutub. Şükürlü toplam 350 kq (161+189) nəticə ilə yekun sıralamada 4-cü olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button