
Azərbaycan ağırlıqqaldıranı İslamiadada gümüş medal qazandı
Azərbaycan ağırlıqqaldıranı Ravil Alməmmədov (79 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən 6-cı İslam Həmrəyliyi Oyunlarında medal qazanıb.
Komanda.az xəbər verir ki, o, birdən qaldırmada gümüş mükafata sahib çıxıb.
Alməmmədov 155 kq-ın öhdəsindən gəlib.
Bu Azərbaycan ağırlıqqaldıranların İslamiadada 7-ci medalıdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



