Azərbaycan AÇ-2020 ilə bağlı UEFA-ya zəmanət verdi
AÇ-2020-nin ev sahiblərindən biri olan Bakı gələn il baş tutacaq turnirin oyunlarını qəbul etməyə hazırdır.
Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidmətindən “Ria Novosti”yə bildirilib.
Qeyd olunub ki, Avropa çempionatının 4 matçını keçirmək üçün bütün təminatlar hökumət tərəfindən verilib.
Qeyd edək ki, Avropa çempionatı 12 şəhərdə – Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçirilməlidi. Azərbaycan tərəfi AÇ-2020-nin təşkil edəcəyinə dair UEFA-ya dövlət təminatı da verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin