
Azərbaycan 1-ci Liqasının başlama tarixi müəyyənləşib
Futbol üzrə Azərbaycan 1-ci Liqasının başlama tarixi məlum olub.
Komanda.az PFL-ə istinadən xəbər verir ki, 11 sentyabrda start götürəcək turnir 10 komandanın iştirakı ilə, üç dövrəli sistemlə keçiriləcək.
Ötən mövsüm 1-ci Liqanın qalibi adını “Qəbələ” komandası qazanmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin