
Azərbaycan 1-ci Liqasında VAR-dan istifadə olunacaq
Azərbaycan 1-ci Liqasında keçiriləcək “Qaradağ Lökbatan” – “Şamaxı” oyununda VAR (Video Köməkçi Hakim) sistemindən istifadə olunacaq.
Komanda.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Çempionluq yolunda böyük əhəmiyyət kəsb edən oyun mayın 16-da, saat 17:00-da başlayacaq.
Sona iki tur qalmış “Qaradağ Lökbatan” 53 xalla liderdir. Rəqibindən iki xal az toplayan qonaqlar ikinci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin