Azərbaycan əsilli futbolçu və ailəsi təhdid olunur
İran millisinin Azərbaycan əsilli keçmiş futbolçusu Əli Daei sosial şəbəkə hesabında paylaşım edib.
Komanda.az xəbər verir ki, 53 yaşlı veteran hücumçu özünün və ailəsinin təhdidə məruz qaldığını bildirib.
Daei bunun bəzi qurumlar, media və naməlum şəxslər tərəfindən həyata keçirildiyini yazıb.
Əli Daei İranda baş verən hadisələrdə etirazçılarla birlikdə olduğunu bildirib. O, ölkədəki vəziyyətə görə dəvət olunduğu DÇ-2022-yə getmədiyini də açıqlamışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin