Azər Məmmədov: “Bu, bizim üçün çempionatda dönüş olacaq”

Premyer Liqanın 7-ci turunun “Sabah” ilə oyunundan sonra “Kəpəz”in baş məşqçisi Azər Məmmədov fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 2:2 hesablı heç-heçəni belə şərh edib:

“Bizim üçün çox çətin oyun idi. Çünki hərtərəfli təzyiq vardı. Elitada qalmaq uğrunda mübarizə aparırıq. Sonuncu ev oyunundan sonra istefa şüarları da səslənmişdi. “Sabah” sürətli komandadır. Hücuma həddindən artıq tez çıxırlar. Rəqibin qarşısını almaq üçün bunu təhlil etmişdik. Bu bir xal bizim üçün önəmlidir. Xallarımızın üzərinə daha birini gətirdi. Premyer Liqada qalmaq üçün daha bir xal qazandıq. Gəncədən gələn azarkeşlərimizə dəstəyə görə təşəkkür edirəm. Bu xalı istər yaxşı, istərsə də pis günündə “Kəpəz”in həmişə yanında olan azarkeşlərə hədiyyə etmək istəyirik. Bu oyun düşünürəm ki, bizim üçün çempionatda dönüş olacaq. Evdəki ardıcıl məğlubiyyət seriyasına son qoyacağıq. Son günlərdəki hadisələrdə şəhid olan qardaşlarımızı da anmaq istəyirəm. Allah onlara rəhmət eləsin, qazilərə cansağlığı versin. Ordumuzun sayəsində vətənimizin başı həmişə ucadır. Allah ordumuzu, Azərbaycanımızı qorusun”.

Akif Əhmədov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button