
Azər Bağırov: “Sevindirici haldır ki, artıq üç turdur məğlub olmuruq”
“Kəpəz” bu gün Azərbaycan Premyer Liqasının 23-cü turunda “Şamaxı” ilə qarşılaşıb.
Komanda.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən və 1:1 hesabı ilə başa çatan matçdan sonra Gəncə təmşilçisinin baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib. Bağırov maraqlı oyun alındığını bildirib:
“Oyun maraqlı alındı. İki fərqli hissə oldu. Birinci hissə daha yaxşı alındı. İkinci hissədə isə əvəzetməlirimiz üst-üstə düşmədi. Amma sevindirici haldır ki, artıq üç turdur məğlub olmuruq. Turnir cədvəlində yerimizi möhkəmlədirik.
Oyundan əvvəl kimsə desəydi ki, matç heç-heçə bitəcək, inanardım? Maraqlı sualdır. Hər bir oyuna qələbə qazanmaq üçün çıxırıq. Bu gün də qalib gəlmək istəyirdik.
Əvəzetmədə daha çox cinahlardan oyunu qurmaq istədik. İstəyirdik ki, yüz faizlik qol vəziyyəti yaradaq, fərqlənək. Buna görə cinahlarda dəyişiklik etdik”.
“Kəpəz” növbəti turda “Zirə”nin qonağı olacaq.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin