Azər Bağırov: “Oyundan-oyuna formaya düşəcəyik”
“Kəpəz” bu gün Azərbaycan Premyer Liqaının 12-ci turunda “Səbail”lə qarşılaşıb.
Komanda.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən matçda 1:0 hesabı ilə qalib gələn bölgə təmsilçisinin baş məşqçisi Azər Bağırovun oyundan sonra mətbuat konfransı baş tutub. Bağırov son matçların komandanın oyununda ruh yüksəkliyi yaratdığını bildirib:
“Son matçlar komandamızın oyununda ruh yüksəkliyi yaratmışdı. Düşünürəm ki, oyundan-oyuna formaya düşəcəyik. Bəzi oyunlarda zəif çıxış edib xallar qazanırıqsa, bəzi matçlarda yaxşı oynasaq da, son dəqiələrdə buraxılan qollarla məğlub olmuşuq. Ötən tur “Turan Tovuz”la yaxşı mübarizə aparıb son dəqiqədə qol buraxmışdıq. Bu, futboldur. Hər an hər şey ola bilər. Bu gün də son dəqiqələrdə biz qol vurub qalib gəldik. Sevinrəm ki, üç xal qazana bildik”.
“Kəpəz” növbəti turda “Sabah”ın qonağı olacaq.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin