Azər Bağırov “Neftçi”yə məğlubiyyəti şərh etdi

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyundan danışıb.

Komanda.az xəbər verir ki, o, 0:1 hesablı məğlubiyyəti belə şərh edib:

“Kəpəz” azarkeşlərinə təşəkkür edirəm ki, sona qədər izlədilər, dəstək oldular. Məğlub olmağımıza baxmayaraq, belə izlənilmək gələcək oyunlar üçün motivasiyadır.

Yaxşı qol epizodları oldu. Lakin qol vura bilmədik. “Neftçi” ilə bu cür uğursuzluqlar olur. Qarlı, maraqlı, dinamik oyun oldu.

“Neftçi” ilə yetərincə qarşılaşmışıq və oyun metodunu yaxşı bilirik. Heç bəzən bunları nəzərdən keçirmək lazım gəlmir. Uğursuzluqlar olur. Hər bir oyunçunun potensialını bilirik və nə gərəkdirsə, onu göstəririk. Oyun intizamı önəmlidir. Məncə, məğlub olmağımızın səbəbi oyun intizamından çıxmağımız olur”.

Nəzrin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button