
Azər Bağırov istefa verdi!
“Kəpəz” bu gün Azərbaycan Premyer Liqasının cari mövsümünün son turunda “Turan Tovuz”un qonağı olub.
Komanda.az xəbər verir ki, 0:4 hesabı ilə darmadağın olan Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov oyundan sonra keçirilən mətbuat konfransında istefa verdiyini açıqlayıb:
“Rəhbərliklə fikirlərimiz üst-üstə düşmədi. Belə qərara gəldik ki, yollarımızı ayıraq. “Kəpəz” barədə çox danışmaq istəmirəm. Mənim öz baxışlarım var”.
“Kəpəz” 2024/25 mövsümünü 32 xalla turnir cədvəlinin 9-cu pilləsində başa vurub.
Fəxri Rüstəmli
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin