Azər Bağırov: “Bu gün bizim günümüz deyildi”

“Kəpəz” bu gün Azərbaycan Premyer Liqasının 31-ci turunda “Şamaxı”nın qonağı olub.

Komanda.az xəbər verir ki, oyundan sonra Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib. O, 1:2 hesabı ilə məğlub olduqları matçı belə şərh edib:

“Oyuna itkilərlə gəlmişdik. Bir neçə oyunçumuz zədə səbəbindən oyunu buraxırdı. İstədiyimiz kim rotasiyalar edə bilmədik. Rəqib də səhvimizdən istifadə edib, fərqləndi. Buna baxmayaraq, irəli baxmalıyıq, hazırlaşmalıyıq.

Ümumi götürəndə, rəqibə elə də çox şanslar vermədik. Epizodlarımız oldu ki, rəqibdə heç onun yarısı olmamışdı. Yəqin ki, bu gün bizim günümüz deyildi”.

“Kəpəz” növbəti turda “Zirə” ilə üz-üzə gələcək.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button