Azər Əliyevli “Ufa”ya 1 qol bəs etdi

Futbol üzrə Rusiya Premyer Liqasında 22-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Rostov”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Azər də bu görüşün iştirakçısı olub. O, 84-cü dəqiqədə meydana buraxılıb.

“Ufa” hazırda 20 xalla 16 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button