Azər Əliyevli “Ufa” doğma meydanda xal itirdi

Futbol üzrə Rusiya Premyer Liqasında 26-cı turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti oyununa çıxıb.

Sözügedən komanda doğma meydanda “Ural”la qarşılaşıb. Başqırdıstan təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Azər də bu görüşün iştirakçısı olub. O, 79-cu dəqiqədə meydana buraxılıb.

“Ufa” 26 oyuna topladığı 33 xalla 16 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button