
Azər Əliyevli “Ufa” ÇSKA-ya da uduzdu
Futbol üzrə Rusiya Premyer Liqasında 8-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti oyununa çıxıb.
Sözügedən komanda doğma meydanda Moskva ÇSKA-sı ilə qarşılaşıb. Başqırdıstan təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Ufa” 8 oyuna topladığı 5 xalla 16 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin