Azər Əliyevin komandasından ÇSKA ilə heç-heçə

Futbol üzrə Rusiya Premyer Liqasında 13-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular Azər Əliyevlə Turqay Möhbalıyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda Moskva ÇSKA-sı ilə üz-üzə gəlib. Başqırdıstan təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Azər bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb. Daha çox əvəzedici komandada çıxış edən Möhbalıyevin adı isə ümumiyyətlə bu matçın iştirak ərizəsinə daxil edilməyib.

“Ufa” 13 turdan sonra 16 xalla 16 kollektiv arasında 8-ci sırada qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button