Azər Əliyevin klubundan azarkeşlərə jest: “Xal itirsək…”

Rusiyanın “Ufa” klubu Premyer Liqanın 18-ci turunda Moskva “Dinamo”su ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, “Ufa”nın icraçı direktoru Şamil Qazizov, oyundan əvvəl maraqlı açıqlama verib. Qazizov, “Dinamo” ilə görüşdə xal itirəcəkləri təqdirdə, oyuna gələn azarkeşlərin bilet pullarının geri qaytarılacağını deyib:

“Qələbə qazanacağımıza əminəm. Xal itirsək, oyuna gələn “Ufa” azarkeşlərinin bilet pulları geri qaytarılacaq və onlar növbəti ev oyununa pulsuz biletlərlə təmin olunacaqlar. Bu qərar, klub rəhbərliyinin və texniki heyətin birgə razılığıyla qəbul edilib.”

“Ufa”da azərbaycanlı futbolçu Azər Əliyev forma geyinir.

“Ufa” – “Dinamo” matçı martın 3-də, saat 12:30-da start götürəcək. Azər Əliyevin formasını geyindiyi komanda 17 turdan sonra 16 xalla 14-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button