Azər Əliyev üçün son turda 32 dəqiqə

Futbol üzrə Rusiya Premyer Liqasında 2018/19 mövsümünə yekun vurulub.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da sonuncu matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Moskva “Lokomotiv”i ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Azər də bu görüşün iştirakçısı olub. O, 58-ci dəqiqədə meydana buraxılıb.

“Ufa” mövsümü 26 xalla 16 iştirakçı arasında 14-cü pillədə başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button