Azər Əliyev oynadı, “Ufa” tək qolla qalib gəldi
Rusiyanın “Ufa” klubu Avstriya toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi Premyer Liqa təmsilçisi Rumıniyanın “Botoşani” klubu ilə üz-üzə gəlib.
Qarşılaşmanın taleyini 1 qol həll edib. Silvester İqbunun 1-ci dəqiqədə vurduğu qol futbolçumuzun komandasına qələbə qazandırıb.
Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 75-ci dəqiqədə əvəzlənib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin