Azər Əliyev oynadı, “Ufa”…

Futbol üzrə Rusiya Premyer Liqasında 29-cu turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Orenburq”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

Azər də bu görüşün iştirakçısı olub. O, 37-ci dəqiqədə meydana buraxılıb.

“Ufa” hazırda 26 xalla 16 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button