Əliyev ehtiyatda qaldı, “Ufa” autsayderlə bacarmadı

Futbol üzrə Rusiya Premyer Liqasında 23-cü turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə çempionatın aşkar autsayderi olan Krasnoyarsk “Yenisey”i ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Azər bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Ufa” hazırda 21 xalla 16 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button