Azərbaycanlı futbolçu “Arsenal”a qarşı 26 dəqiqə oynadı

Futbol üzrə Rusiya Premyer Liqasında 24-cü turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda Tula “Arsenal”ı ilə qarşılaşıb. Əliyevin komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Azər də bu görüşün iştirakçısı olub. O, 64-cü dəqiqədə meydana buraxılıb.

“Ufa” hazırda 21 xalla 16 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button