
Azər Əliyevə vəzifə verildi
Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev Azərbaycan Pauerliftinq Federasiyasının 1-ci vitse-prezidenti seçilib.
Komanda.az xəbər verir ki, Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyevin iştirakı ilə keçirilən İdarə Heyətinin iclasında Azər Əliyev 1-ci vitse-prezident, Vüqar Namazov, Mahir Musayev və Raif Süleymanov vitse-prezident seçiliblər.
Hafiz Verdiyev baş katib, Azər Mustafayev baş məşqçi vəzifəsinə təsdiqlənib.
Xatırladaq ki, Azər Əliyev daha əvvəl Azərbaycan Ağır Atletika Federasiyasında vitse-prezident postunu tutub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin