
“Azərreyl” braziliyalı oyunçu transfer edib
Azərbaycanın qadınlardan ibarət “Azərreyl” voleybol klubu növbəti transferini açıqlayıb.
Komanda.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Braziliyalı hücumçu Qraziele Souza 2025/2026 mövsümündə komandanın formasını geyinəcək.
Voleybolçu daha əvvəl Polşa, İspaniya, Fransa və Yunanıstan klublarında çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


