Azərbaycanlı voleybolçu Macarıstanda ən yaxşı seçildi

“Vaşaş” klubunun heyətində Macarıstan çempionu olan Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova daha bir uğura imza atıb.

Komanda.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, 29 yaşlı idmançı çempionatın ən dəyərli oyunçusu (MVP) mükafatına layiq görülüb.

Abduləzimova “Vaşaş”ın heyətində üçüncü dəfə qızıl medala sahib olub. O, daha öncə Macarıstan kubokunun ikiqat qalibi adını qazanmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button