Azərbaycanlı tennisçi üçüncü oldu – Beynəlxalq turnirdə

Azərbaycanın stolüstü tennisçisi Adil Əhmədzadə Portuqaliyada keçirilən “WTT Youth Contender Vila Real 2023” turnirində uğurla çıxış edib.

Federasiyadan Komanda.az-a verilən məlumata görə, qrup mərhələsində Portuqaliya və İspaniya təmsilçilərini məğlub edən 14 yaşlı idmançı ardınca Polşa, Peru və Ruminiyadan olan rəqiblərinə də qalib gələrək yarımfinala yüksəlib.

Finalın bir addımlığında italiyalı rəqibinə uduzan Əhmədzadə bürünc medal qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button