
Azərbaycanlı tennisçilərdən İslam Həmrəyliyi Oyunlarına uğurlu start
Azərbaycanın stolüstü tennisçiləri Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarına uğurla başlayıblar.
Komanda.az Stolüstü Tennis Federasiyasına istinadən xəbər verir ki, komanda yarışlarının ilk günündə Uqanda idmançıları ilə qarşılaşan qızlardan ibarət komanda etimadı layiqincə doğruldub.
Mərziyyə Nurmətova, Zemfira Mikayılova və Aylin Əsgərovadan ibarət trio rəqibi 8:2 hesabı ilə məğlub edib.
Azərbaycan təmsilçiləri sabah Pakistan millisi ilə üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



