Azərbaycanlı taekvondoçu dünya çempionatında “bürünc” qazanıb
Azərbaycan taekvondoçusu Cənubi Koreyanın Çunçeon şəhərində keçirilən gənclər arasında dünya çempionatında bürünc medal qazanıb.
Komanda.az xəbər verir ki, Vasif Səlimov (63 kq) yarımfinalda uduzaraq bürünc medalla kifayətlənib.
O, Qırğızıstan, Vyetnam, Çin Taypeyi və Tailanddan olan rəqiblərinə qalib gələrək, yarımfinala yüksəlib. Finala gedən yolda isə bolqarıstanlı rəqibinə uduzub.
Bu gün start götürən mundial oktyabrın 6-dək davam edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin