Azərbaycanlı şahmatçı Çində mübarizə aparacaq

Bu gün Çində “The Belt and Road 2023 to World Chess Woman’s Summit” turnirinə start veriləcək.

Komanda.az xəbər verir ki, sürətli şahmat üzrə təşkil olunan yarış dairəvi sistemlə keçiriləcək.

Turnirdə 7 ölkədən 12 şahmatçı mübarizə aparacaq. Yarışda Azərbaycanı milli komandanın lideri Günay Məmmədzadə təmsil edəcək.

Yarışda Günay Məmmədzadə ilə yanaşı, Bela Xotenaşvili (Gürcüstan), Antuanetta Stefanova (Bolqarıstan), Bibisara Assaubayeva (Qazaxıstan), Marsel Efroimski (İsrail), Monika Soçko (Polşa), Qi Quo, Ni Şiqun, Jao Mo, Ninq Kayu, Xiao Yu, Li Xueyi (hamısı Çin) mübarizə aparacaq.

Turnirin qalibləri yanvarın 8-də bəlli olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button