Azərbaycanlı referi UEFA-dan təyinat alıb
FİFA referisi Fəridə Lütfəliyeva və FİFA referi köməkçisi Sevda Nuriyeva UEFA-dan təyinat alıblar.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hakimlər 17 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının ikinci mərhələsinin oyunlarını idarə edəcəklər.
İrlandiya, Albaniya və İsrail komandalarının yer aldığı B qrupunun matçları fevralın 20-dən 26-dək Albaniyada keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin