
Azərbaycanlı paralimpiyaçı Avropa çempionatında daha bir medal qazanıb
Azərbaycanın paragüllə atıcısı Kamran Zeynalov Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa çempionatında daha bir gümüş medal qazanıb.
Komanda.az xəbər verir ki, o, bu dəfə 50 metr məsafəyə pnevmatik tapançadan atəş açmada (P4) 221.6 xalla ikinci yeri tutub.
Paralimpiyaçı daha əvvəl qitə çempionatında qarışıq komanda üzrə 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada (P6) Aybəniz Babayeva ilə birlikdə gümüş medala sahib çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



